Tramp Xarq adası üzərində nəzarətin mümkünlüyü ilə bağlı sualı cavabsız qoydu
19:34 DünyaPrezident Donald Tramp ABŞ-nin İranın Xarq adası üzərində nəzarəti ələ keçirməsi ehtimalı ilə bağlı suala cavab verməkdən imtina edib.
Olaylar.az "Fox News"a müsahibəsində bildirib: "Mən bu suala cavab verə bilmərəm. Bu sualı verməməli idin. Tutaq ki, mən bunu etmək istəyirəm, ya da istəmirəm. Niyə sizə bu barədə danışmalıyam?"
"Axios" daha öncə ABŞ administrasiyasının İranın Fars körfəzindəki Xarq adası üzərində nəzarəti ələ keçirməyi planlaşdırdığını qeyd edib. Ada strateji əhəmiyyətə malikdir. İranın ixrac olunan neftinin təxminən 90% burada emal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31