Ermənistan və Avropa İttifaqı arasında hərbi əməkdaşlıq müzakirə edildi

Ermənistan müdafiə naziri Suren Papikyan Brüsseldə Avropa İttifaqının müdafiə sənayesi və kosmik məsələlər üzrə komissarı Andrius Kubilius ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüşdə müdafiə sektorunda əməkdaşlıq imkanları və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31