Livan Prezidentindən İsrailə təklif: Atəşkəs olsa, “Hizbullah”ı bir aya tərksilah edə bilərəm

Livan Prezidenti Cozef Aun İsrailə bir aylıq atəşkəs təklif edərək, bu müddət ərzində "Hizbullah" Hərəkatının tərksilah edilməsinə nail olacağına söz verib.

Olaylar.az xəbər verir ki, bu barədə "Asharq al-Awsat" Beyrutdakı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Livan Prezidenti təklifi ABŞ-nin Beyrutdakı səfiri Maykl İssa vasitəsilə İsrailə çatdırıb. Aun bildirib ki, Livan ordusunun bütün qanunsuz hərbi qrupları tərksilah etmək üçün hökumət tərəfindən təsdiqlənmiş planı tamamlaya bilməsi üçün atəşkəs lazımdır. O, belə bir əməliyyatın hərbi vəziyyətdə həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.

Cozef Aun əlavə edib ki, dövlət bu işi İsrailin quru, hava və dənizdə hərbi əməliyyatının genişlənməsi fonunda başa çatdıra bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31