Azərbaycanın yeni üzv olduğu təşkilatın toplantısı təxirə salındı
14:42 DünyaGələn ay Cakartada keçirilməsi planlaşdırılan D-9 Təşkilatının (keçmiş D-8 - red.) zirvə görüşü İrandakı müharibə səbəbindən təxirə salınıb.
Olaylar.az xəbər verir ki, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tri Taryat bildirib.
Diplomat qeyd edib ki, konfransın yeni tarixi üzrə müzakirə olmayıb.
Beynəlxalq tədbir 13-15 aprel tarixlərinə planlaşdırılmışdı.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Pakistan, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya və Nigeriyanı birləşdirən D-9 İqtisadi Əməkdaşlıq Təşkilatı Cənub-Şərqi Asiyadan Afrikaya qədər uzanan ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün 1997-ci ildə yaradılıb.
Azərbaycan təşkilata 2025-ci ildə qoşulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31