Kaya Kallas: Yaxın Şərqdəki münaqişənin nə vaxt bitəcəyini heç kim bilmir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Financial Times qəzetinə müsahibəsində bildirib ki, Yaxın Şərqdəki münaqişənin sonunu proqnozlaşdırmaq qeyri-mümkündür. O, müharibələrin asanlıqla başladığını, lakin tezliklə nəzarətdən çıxaraq xaosa səbəb olduğunu vurğulayıb.

Kallas bildirib ki, ABŞ və İsrailin münaqişədəki hədəfləri fərqlidir. Aİ gəmiçiliyin sığortalanması yollarını axtarır, lakin hələlik konkret həll yolu yoxdur. Əgər gəmi kapitanı boğazdan keçməmək qərarı verərsə, heç kim onu buna məcbur edə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31