Çalabyan: "Ermənistanın strateji müttəfiqlik sahəsi bərpa olunmalıdır" – ÖZƏL
13:07 DünyaOlaylar.az xəbər verir ki, "Hayakve" hərəkatının koordinatoru Avetik Çalabyan Ermənistanın Milli Təhlükəsizlik Konsepsiyası layihəsinin təqdimatında ölkənin hazırkı geosiyasi vəziyyətini kəskin tənqid edib. O, hakimiyyət dəyişikliyindən sonra xarici siyasətdə ciddi korreksiyaların vacibliyini vurğulayıb.
Çalabyan qeyd edib ki, Ermənistan hazırda heç bir strateji sxemdə yer almır. KTMT-də üzvlük dondurulub, Rusiya ilə 1997-ci il müttəfiqlik müqaviləsi isə faktiki olaraq işləmir. Onun sözlərinə görə, mövcud administrasiya köhnə müttəfiqlə münasibətləri korlasa da, keçən 8 il ərzində digər güc mərkəzləri ilə yeni strateji müqavilələr imzalaya bilməyib.
"Ermənistan kimi kiçik dövlətlər təcavüzkar qonşuların əhatəsində təkbaşına mövcud ola bilməz," - deyən koordinator, hakimiyyət dəyişikliyindən sonra ya Rusiya ilə münasibətlərin bərpasını, ya da yeni müttəfiq tapılmasını zəruri hesab edir.
Çalabyan əlavə edib ki, Ermənistan diplomatiyasının əsas hədəfi tərəfdaşların sayını artırmaq və strateji dərinliyi olan münasibətlər qurmaq olmalıdır.