Polşada qalmaqal: Daxili işlər naziri prezidenti “orduya xəyanət etməkdə” ittiham etdi-Ö ÖZƏL

Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski ölkə prezidenti Karol Navrotskin Polşa ordusunun və təhlükəsizlik qurumlarının maraqlarına xəyanət etməkdə ittiham edib.
Olaylar.az xəbər verir ki, nazir sosial şəbəkədə paylaşım edərək bildirib ki, prezident ordunun, polisin, sərhədçilərin və ümumilikdə Polşanın milli maraqlarını satıb.
"Prezident Navrotski Polşa ordusuna, polisinə, sərhədçilərinə və milli maraqlara xəyanət etdi. Rüsvayçılıqdır!" - deyə o yazıb.
Nazirin bu sərt reaksiyasına səbəb prezidentin martın 12-də Polşanın Avropa İttifaqının hərbi kredit proqramına qoşulması ilə bağlı qanun layihəsinə veto qoyması olub. Söhbət SAFE EU military loan program proqramından gedir. Həmin proqram çərçivəsində Polşanın təxminən 43,7 milyard avro  həcmində kredit əldə etməsi planlaşdırılırdı. Daha əvvəl Ministry of Interior and Administration of Poland bildirmişdi ki, qanun layihəsi imzalansaydı, qurum 7 milyard zlotıdan çox vəsait əldə edəcəkdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31