Sanksiyalara rəğmən: Marko Rubio Trampla birlikdə Çinə gedir – ÖZƏL

ABŞ Dövlət katibi Marko Rubio, Çinin tətbiq etdiyi şəxsi sanksiyalara baxmayaraq, yaxın həftələrdə prezident Donald Trampın Pekinə səfərində iştirak edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri məlumat yayıb.
Pekinə qarşı sərt mövqeyi ilə tanınan Rubio 2020-ci ildən bəri Çinin sanksiyalar siyahısındadır. Lakin mənbələr onun bu rəsmi səfərə dəvət olunduğunu bildirir. Rubionun Trampın xarici siyasət kursuna uyğunlaşmaq üçün bəzi kəskin baxışlarını "yumşaltdığı" qeyd olunur.

Dövlət katibinin səfərdə əsas mövzunun ticarət olması və bu sahədə aparıcı rolun Maliyyə naziri Skott Bessentdə qalması səbəbindən iştirakda tərəddüd etdiyi bildirilsə də, sammitin qlobal əhəmiyyəti onun qərarına təsir edib.

Ekspertlər bu səfəri Rubionun "sərt imicini" qorumaqla prezidentin diplomatik hədəflərini dəstəkləmək arasında balans yaratmaq cəhdi kimi qiymətləndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31