Macarıstan və Slovakiya rusiyalı oliqarxlara qarşı Aİ sanksiyalarının ləğvini istəyir- ÖZƏL

Macarıstan və Slovakiya rusiyalı iş adamları Mixail Fridman və Əlişir Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılmasını tələb edir. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv portalı diplomatlara istinadən məlumat yayıb.
Bildirilir ki, Aİ ölkələrinin səfirləri martın 13-də Rusiyaya qarşı fərdi sanksiyaların müddətinin uzadılması barədə qərar verməlidirlər. Lakin Budapeşt və Bratislava martın 15-də başa çatacaq sanksiyaların uzadılmasını bloklayır.
Məlumata görə, tərəflər siyahıdan bəzi şəxslərin çıxarılması ilə kompromis əldə etməyə çalışsalar da, razılığın vaxtında əldə olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. Bundan əlavə, hər iki ölkə "Drujba oil pipeline" neft kəməri ilə bağlı yaranmış vəziyyətə görə Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunu da bloklayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31