Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq.

Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

"Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-nin "İl-76" təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq", - məlumatda bildirilib.//Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31