Müctəba Xamenei YARALANIB - İran XİN-dən SON DƏQİQƏ AÇIQLAMASI
11:57 Dünyaİranın yeni ali lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.
"O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Üç-dörd nəfər yeni ali lider vəzifəsi uğrunda mübarizə aparırdı, amma Ekspertlər Şurasının əksəriyyəti onu seçdi", - o deyib.
Xatırladaq ki, İran Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.
"The New York Times" yazıb ki, İranın əvvəlki ali rəhbərinin oğlu Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri ilə tanınır.
Qəzetin mənbələrinin sözlərinə görə, Əli Xameneinin həlak olmasından sonra SEPAH onun oğlunun təyin olunmasında israr edib.
Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının ilk günündə öz iqamətgahında öldürülüb.