THY İrəvana uçuşlara başladı

"Türk Hava Yolları" (THY) bu gündən etibarən İstanbul-İrəvan-İstanbul marşrutu üzrə birbaşa uçuşlara başlayıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İrəvanın "Zvartnots" beynəlxalq aeroportu məlumat yayıb.

Bildirilib ki, İstanbuldan qalxan ilk start reysi artıq İrəvanda eniş edib.

Məlumata görə, uçuşlar martın 11-dən başlayaraq gündəlik (həftədə 7 dəfə) həyata keçiriləcək. Mayın 14-dən reyslərin sayının həftədə 10-a, iyunun 15-dən isə 14-ə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında quru sərhədləri bağlı olsa da, hava nəqliyyatının genişləndirilməsi normallaşma prosesinin tərkib hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31