Fon der Leyen: Rusiyadan enerji idxalına qayıtmaq “strateji səhv” olar ÖZƏL

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen hesab edir ki, Avropa İttifaqının Rusiyanın enerji resurslarına yenidən etibar etməsi "strateji səhv" olar və Aİ ölkələrini daha həssas vəziyyətə sala bilər.
Olaylar.az xəbər verir ki,  Fon der Leyen bu bəyanatı İtaliyanın sabiq vitse-prezidenti və infrastruktur naziri Matteo Salvininin Aİ-nin Rusiyaya qarşı bəzi sanksiyaları yenidən nəzərdən keçirməsi və Rusiyadan enerji tədarükünü bərpa etmək təklifinə cavab olaraq verib.
"Hazırkı böhran şəraitində bəziləri deyir ki, biz uzunmüddətli strategiyamızdan imtina etməli və hətta Rusiyanın fosil yanacaqlarına qayıtmalıyıq. Bu, strateji səhv olardı. Belə addım bizi daha çox asılı, həssas və zəif edər", - deyə fon der Leyen bildirib. O, Avropa İttifaqını Rusiyadan enerji resurslarından tamamilə imtina etmək istiqamətində uzunmüddətli strategiyaya sadiq olmağa çağırıb, lakin bu strategiyanın tətbiqində daha "praqmatik və ağıllı" yanaşma tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31