Türkiyə İranla müharibəyə sürüklənə bilərmi? – Ekspertdən mühüm proqnozlar – ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyəşünas Andranik İspiryanın fikrincə, ABŞ və İsrailin İranla mümkün müharibə planlarında Türkiyə və Azərbaycanın rolu "kritik"dir. 

Ekspert bildirib ki, Ankara iqtisadi çətinliklərə baxmayaraq, ABŞ-nin təzyiqlərinə müqavimət göstərmək və manevr etmək gücünə malikdir. Digər ərəb ölkələrindən fərqli olaraq, Türkiyə Vaşinqtonun istəklərini rədd edə bilən iradəyə sahibdir. İsrail və ABŞ-nin İranın şimalında cəbhə açmaq üçün Azərbaycandan istifadə etmək istəyi istisna edilmir. Bakı hələlik balansı qorumağa çalışsa da, İsrail və ABŞ-dən alacağı təminatlarla müstəqil addım ata bilər.(?) Əgər Azərbaycan İranla hərbi münaqişəyə girsə, Türkiyə kənarda qalmayacaq. "Böyük Turan" hədəfi və strateji müttəfiqlik Ankaranı bu prosesə qoşulmağa məcbur edəcək. 

Türkoloqun fikrincə, regionda gərginliyin artması və Türkiyənin Azərbaycana hərbi dəstək vermə zərurəti Ermənistan, xüsusilə Zəngəzur üçün ciddi risklər yaradır. Hadisələrin gedişatı regiondakı güclər nisbətindən asılı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31