ATƏT-dən Tbilisiyə xəbərdarlıq: Siyasi dialoqun yoxluğu sabitliyə təhdiddir – ÖZƏL

Olaylar.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Ponsun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərini yekunlaşdırıb. Səfər çərçivəsində ölkə rəhbərliyi, müxalifət və vətəndaş cəmiyyəti ilə görüşlər keçirən nümayəndə heyəti Gürcüstandakı siyasi mühitdən ciddi narahatlığını ifadə edib.

Pons bildirib ki, gürcü siyasətçilərinin beynəlxalq tərəfdaşlarla aktiv ünsiyyətdə olmasına rəğmən, öz aralarında dialoq qurmamaları "şok yaradır". Qurum rəsmisi vurğulayıb ki, kəskin qütbləşmə ölkənin Avropaya inteqrasiyasına və sabitliyinə mane olur. ATƏT bütün tərəfləri konstruktiv dialoqa çağırıb və bu məsələdə əsas məsuliyyətin hökumətin üzərinə düşdüyünü qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31