ABŞ Rumıniyadakı hərbi bazaya hücum silahları yerləşdirməyi planlaşdırmır- ÖZƏL
11:56 DünyaABŞ-ın Rumıniyanın şərqində yerləşən Mixail Koqalniceanu Hava Bazası ərazisinə hücum xarakterli silahlar yerləşdirmək planı yoxdur. Olaylar.az xəbər verir ki, bu barədə Antena 3 televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Rumıniyaya yanacaq dolduran hərbi təyyarələrin və radiolokasiya stansiyalarının yerləşdirilməsi ilə bağlı sorğu göndərib. Bildirilir ki, bu vasitələr ABŞ-a Yaxın Şərqdə həyata keçirilən əməliyyatlar üçün lazımdır.
Qeyd olunur ki, Mixail Koqalniceanu hava bazası coğrafi mövqeyinə görə bu məqsədlər üçün ən uyğun hərbi obyektlərdən biri hesab olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31