Zelenski İranla bağlı kəşfiyyat məlumatını açıqladı – Rusiya detalı

"İran ilə Rusiya arasında pilotsuz uçuş aparatlarının istehsalı sahəsindəki əməkdaşlıq ciddi narahatlıq doğurur".Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.O bildirib ki, bu, dünyanın buna hazır olmadığı bir vəziyyətdə genişmiqyaslı müharibəyə səbəb ola bilər: "Müharibənin ilkin mərhələlərində Rusiya, İran tərəfindən təmin edilən dronları Ukraynaya qarşı aktiv şəkildə tətbiq edib. Hazırda İran eyni texnologiyalardan Yaxın Şərqdəki konfliktlərdə istifadə edir və ABŞ-ın hərbi obyektlərinə hücumlar təşkil edir".

Zelenski əlavə edib ki, Ukrayna kəşfiyyatı "Şahed" dronlarında Rusiya istehsalı komponentlərin mövcudluğunu qeydə alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31