Aİ-dən Ukraynaya dəstək vədi: Macarıstan və Slovakiyanın blokadasına alternativ plan – ÖZƏL
11:44 DünyaOlaylar.az xəbər verir ki, "Politico" nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) Macarıstan və Slovakiyanın etirazlarına baxmayaraq, Ukraynaya 90 milyard avroluq krediti ayırmaqda qərarlıdır. Gələn həftə Brüsseldə keçiriləcək sammitdə liderlər Viktor Orban və Robert Fikonu razı salmağa çalışacaqlar.
Əgər razılıq əldə olunmasa, Baltik və Şimal ölkələri Ukraynanın cari ilin ilk yarısında maliyyə ehtiyaclarını qarşılamaq üçün alternativ fondlar ayırmağı planlaşdırır. Avropa Komissarı Valdis Dombrovskis çətinliklərə rəğmən kreditin veriləcəyini təsdiqləyib. Niderland isə artıq 2029-cu ilə qədər hər il Kiyevə 3,5 milyard avro ayırmağa hazır olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31