İran hadisələrini fürsət bilənlər məqsədlərinə çatmayacaqlar- ÖZƏL

"İran hadisələrini fürsət bilənlər məqsədlərinə çatmayacaqlar. Prezident İlham Əliyevin Naxçıvan hadisələri ilə bağlı kəskin xəbərdarlığı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Əsl liderə yaraşan şəkildə cənab İlham Əliyev xalqını müdafiə etdi və çaşanlara xəbərdarlıq etdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Eyni zamanda, ara qarışdıranlar gözlərini dörd açsınlar:
 Azərbaycan İrana ilk və yeganə hümanitar yardım edən dövlətdir!
 Azərbaycan İran ilə sərhədləri açaraq oradan insanların təxliyyəsi ilə məşqul olan, onları xilas edən yeganə dövlətdir.
 Xameneinin ölümündən sonra səfirliyə gedib başsağlığı verən yeganə lider cənab İlham Əliyevdir
İran üçün bu dar gündə Azərbaycanın etdiklərini görməzdən gəlmək yaxşı hal deyil. İrana deyil, fars mərkəzlərinə işləyən trol ekspert - siyasətçi şəbəkəsi hazırda da informasiya məkanını çaşdırmaqla məşquldur. Amma, alınmayacaq. Nəticə həmişəki kimi olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31