“Gürcüstanda Rusiyanın qalib gəldiyi zaman nələrin baş verdiyini görürük” – ÖZƏL
10:39 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstandakı mövcud vəziyyəti sərt tənqid edərək bildirib ki, bu ölkənin nümunəsində Rusiyanın təsirinin hansı nəticələrə yol açdığı aydın görünür. Komissarın sözlərinə görə, Gürcüstanda avtokratik sistem demokratik səsləri boğur və ölkəni Avropa gələcəyindən uzaqlaşdırır.
Marta Kos vurğulayıb ki, hakimiyyət ("Gürcü arzusu") xalqı Avropa İttifaqına doğru getdikləri və Birliyin onlara uyğunlaşacağı barədə yalan vədlərlə aldadır. O, yeni qəbul edilən qanunların vətəndaş cəmiyyətinə zərbə vurduğunu qeyd edərək, Avropa İttifaqının azadlıq və demokratiyaya dəyər verən Gürcüstan xalqından üz döndərməyəcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31