Strateji neft ehtiyatları bazara açılsın - Beynəlxalq Enerji Agentliyi
10:28 DünyaBeynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərq münaqişəsi fonunda bazarı sabitləşdirmək üçün tarixdə ən böyük həcmdə neft ehtiyatlarının bazara buraxılmasını təklif edib.
Musavat.com The Wall Street Journal-a (WSJ) istinadən xəbət verir ki, 1974-cü ildə təsis edilən agentlik 2022-ci ildə bazara buraxılan 182 milyon bareldən daha neftin satışa çıxarılmasını təklif edir.
Bildirilir ki, məsələ ilə bağlı qərarın bu gün ərzində verilməsi gözlənilir. Nəşrin qeyd etdiyinə görə, təklifin təsdiqlənməsi üçün 32 üzv ölkədən heç biri etiraz etməməlidir.
Dünən BEA rəhbəri Fatih Birol üzv ölkələrin 1,2 milyard bareldən çox milli strateji neft ehtiyatına, eləcə də 600 milyon barel sənaye ehtiyatına sahib olduğunu qeyd edib.
Daha əvvəl CNBC Rapidan Energy Group konsaltinq şirkətinin məlumatlarına istinadən bildirmişdi ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı Hörmüz boğazından gəmiçiliyin dayandırılması tarixdə qlobal neft tədarükündə ən böyük fasiləyə səbəb olub. Hörmüz boğazındakı gərginlik qlobal neft tədarükünün təxminən 20 faizinə təsir göstərib. Bundan əvvəl ən böyük fasilə 1956-cı ildəki Süveyş böhranı zamanı qeydə alınıb və bu böhran qlobal neft ixracının təxminən 10 faizinə təsir edib. 1990-1991-ci illər Körfəz müharibəsi tədarükün 9 faizinə təsir etmişdi.