Yaxın Şərqdə münaqişələr turizm sənayesinə gündə 600 milyon dollara qədər ziyan vurur ÖZƏL
10:22 DünyaYaxın Şərqdə davam edən hərbi münaqişələr regionun turizm sənayesinə ciddi iqtisadi zərər vurur. Məlumata görə, münaqişələr səbəbindən turizm sektoru gündəlik olaraq təxminən 600 milyon dollar itki ilə üzləşir.
Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatlarına istinadən yazıb.
WTTC-nin sədri Qloriya Gevara bildirib ki, hətta qısa müddətli fasilələr belə turizm istiqamətləri, biznes subyektləri və regionda çalışan minlərlə işçi üçün sürətlə böyük iqtisadi itkilərə səbəb ola bilər.
Qəzetin yazdığına görə, münaqişələr başlamazdan əvvəl Ümumdünya Səyahət və Turizm Şurası 2026-cı ildə xarici turistlərin Yaxın Şərq ölkələrində ümumilikdə təxminən 207 milyard dollar xərcləyəcəyini proqnozlaşdırmışdı. Lakin regionda artan gərginlik bu proqnozların reallaşmasını sual altına qoyur.