Bu Avropa ölkəsində həqiqi hərbi xidmət bərpa olunub

Xorvatiya hakimiyyəti ölkədə 17 illik aradan sonra həqiqi (məcburi) hərbi xidməti bərpa edib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ilk çağırış çərçivəsində 800 gənc orduya cəlb olunacaq. Onların təxminən yarısı hərbi xidmətə könüllü şəkildə qoşulub, çağırışçıların 10 faizini isə qadınlar təşkil edir.

Gələcəkdə Xorvatiya hakimiyyəti hər il 4000 gənci ordu sıralarına cəlb etməyi və onların hərbi hazırlığını təmin etməyi planlaşdırır.

Rəsmi Zaqreb məcburi çağırışın bərpasını Rusiya-Ukrayna münaqişəsi, eləcə də Avropada təhlükəsizliklə bağlı mövcud vəziyyətlə izah edib.

2025-ci ilin noyabrında Fransa prezidenti Emmanuel Makron ölkədə 2026-cı ilin yayından etibarən könüllü hərbi xidmətin tətbiq ediləcəyini elan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31