İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi

İran Xarici İşlər Nazirliyi Türkiyəyə raket zərbəsi endirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi türkiyəli həmkarı ilə telefon danışığında Tehranın belə bir addım atmadığını bəyan edib.

Nazirin sözlərinə görə, İran Türkiyənin suverenliyinə hörmət edir və onun ərazisinə raket buraxılması barədə iddialar həqiqəti əks etdirmir.

Araqçi eyni zamanda bildirib ki, bəzi qüvvələr İranla qonşu ölkələr, xüsusilə də Türkiyə arasında münasibətləri pozmağa çalışır. İran rəsmisi bu cəhdlərin arxasında "sionist rejimin" dayandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31