Vens İrana hücum başlayanda 2 gün susdu: səbəb ortaya çıxdı

"ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens İrana hücumları dəstəkləsə də, uzunmüddətli münaqişə potensialı ilə bağlı narahatdır".

Globalinfo.az xəbər verir ki, bu barədə "Val Strit Jurnal" (VSJ) mənbələrə istinadən məlumat yayıb.Bildirilib ki, əməliyyat başlayanda Vens ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahında onun yanında deyildi:

"O, videobağlantı vasitəsilə müzakirədə iştirak edirdi. Ağ Ev rəsmiləri bunu təhlükəsizlik tədbiri kimi izah etdilər: əlavə kortejlər diqqəti cəlb edə və münaqişəyə hazırlıqları üzə çıxara bilərdi.

Vensin müşavirləri həmçinin bildiriblər ki, vitse-prezident əməliyyat başladıqdan sonra iki gün ərzində qəsdən susub ki, Tramp ABŞ administrasiyası adından hərbi əməliyyatlarda "yeganə sözçü" olaraq qalsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31