Pentaqon 50-dən çox İran gəmisinin zədələndiyini və ya batırıldığını bildirir-ÖZƏL
12:17 DünyaABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatın əvvəlindən bəri İslam Respublikasına məxsus 50-dən çox gəmi batırılıb və ya ciddi zədələnib. Olaylar.az xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 5 mindən çox hədəf vurulub. Bildirilir ki, zərbələr nəticəsində İranın dəniz qüvvələrinə məxsus onlarla gəmi sıradan çıxarılıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bundan əvvəl- martın 6-da yaydığı məlumatda 43 İran gəmisinin məhv edildiyini və ya zədələndiyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31