"Güclü Ermənistan" Partiyası sorğu nəticələrini açıqladı: İrəvanda Paşinyana dəstək azalır – ÖZƏL
12:11 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" partiyasının üzvü Qohar Meloyan "Facebook" səhifəsində "Empirica" tədqiqat və konsaltinq şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələrini paylaşıb. Meloyanın təqdim etdiyi məlumatlara görə, əgər parlament seçkiləri bu gün keçirilsəydi, İrəvan seçicilərinin 35%-i məhz "Güclü Ermənistan" partiyasına səs verərdi.
Sorğu çərçivəsində mövcud Baş nazir Nikol Paşinyan ilə iş adamı Samvel Karapetyanın reytinqləri də müqayisə olunub. Nəticələr müxtəlif yaş qrupları üzrə Karapetyanın üstünlüyünü ortaya qoyub: 18-29 yaş qrupunda Karapetyan Paşinyanı 18% fərqlə qabaqlayır. 30-49 yaşlı seçicilər arasında Karapetyanın üstünlüyü 4% təşkil edir. İrəvanda respondentlərin 49%-i Samvel Karapetyanı, cəmi 24%-i isə Nikol Paşinyanı Baş nazir postunda görmək istəyir.
Qohar Meloyan qeyd edib ki, bu rəqəmlər cəmiyyətdə mövcud siyasi kursa olan münasibətin dəyişdiyinin göstəricisidir.