Yaponiya iki yeni növ uzaqmənzilli zərbə silahı yerləşdirəcək- ÖZƏL

Yaponiya Müdafiə Nazirliyi 2026-cı il martın 31-dək ölkə ərazisində yerləşən iki hərbi bazada iki yeni növ uzaqmənzilli zərbə silahının yerləşdirilməsini başa çatdırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Kyodo News agentliyi məlumat yayıb. Məlumata görə, Tokio bu silah sistemlərini mümkün hücum zamanı ehtimal olunan düşmən bazalarına cavab zərbəsi endirmək imkanını artırmaq məqsədilə yerləşdirir. Plan çərçivəsində yüksək sürətli planerləşən döyüş başlıqlı raketlər Fuji quru özünümüdafiə qüvvələrinin bazasında  yerləşdiriləcək. Bununla yanaşı, uçuş məsafəsi 1000 kilometrdən çox olan Type-12 missile system raket kompleksləri isə Kyuşu adasının cənub-qərbində yerləşən Kengun bazasında yerləşdiriləcək.
Bildirilir ki, yüksək sürətli planerləşən raketlərin 2027-ci ilin yazınadək Hokkaido və Miyazaki prefekturalarında da yerləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda bu raketlərin uçuş məsafəsi 2000 kilometrədək artırılmış yeni versiyasının hazırlanması üzərində də iş aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31