Fransanın eks-prezidentinin həbs cəzası ilə bağlı müraciət rədd edilib – ÖZƏL

Fransanın sabiq prezidenti Nikolya Sarkozinin cəzasının birləşdirilməsi ilə bağlı müraciəti Paris məhkəməsi tərəfindən rədd edilib. Olaylar.az xəbər verir ki, bu barədə Fransanın Mediapart nəşri məlumat yayıb.

Bildirilir ki, martın 9-da məhkəmə Sarkozinin bir neçə hökmün eyni vaxtda icra olunması barədə xahişini qəbul etməyib. Nəticədə o, 2012-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı Bygmalion işi üzrə çıxarılan hökmü ayrıca icra etməlidir.

Həmin iş üzrə sabiq prezident 1 il həbs cəzasına məhkum edilib və bunun 6 ayı real həbs müddətidir. Məlumata görə, cəzanın böyük ehtimalla elektron qolbaqla ev dustaqlığı şəklində icra olunacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31