İmamoğlunun məhkəməsi: hakim zalı boşaltmağı əmr etdiv

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı açılan "korrupsiya" işi üzrə ilk məhkəmə prosesində yaşanan gərginlik səbəbindən iclas dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, əsas təqsirləndirilən şəxs, İBB-nin sabiq sədri Əkrəm İmamoğlunun istintaqında 105-i həbsdə, 7-si axtarışda olmaqla, cəmi 402 müttəhim mühakimə olunur.

Gərginliyin səbəbi Ə.İmamoğlunun oturduğu müttəhim yerindən yox xitabət kürsüsündən çıxış etmək istəməsi olub. Məhkəmə sədri ona "Əkrəm İmamoğlu, kürsüdən çıxış etməyə sən qərar verə bilməzsən. Belə davam etsən, salondan çıxarılacaqsan", deyə xəbərdarlıq edib.

Lakin Ə.İmamoğlu danışmağa davam edib. Daha sonra məhkəməni izləmək üçün salona buraxılan şəxslərin etirazı gərginliyi artırıb. Nəticədə məhkəmə sədri jandarmaya salonu boşaltmaq əmri verib. CHP təmsilçiləri isə zaldan çıxmamaqda israrlı olublar.

Proses zamanı məhkəmə binası və ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. 1 km raduisda yürüş keçirmək, plakat qaldırmaq, foto-video çəkilişi və simvollu geyimlərlə prosesə gəlmək qadağan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31