Dünya ÇALXALANIR - Kim Çen In ABŞ-yə ŞOK XƏBƏRDARLIQ etdi

Dünyanın çalxalandığı bir vaxtda Şimali Koreya lideri Kim Çen In ABŞ-yə yönələn sərt açıqlamalar verib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, ölkəsinin nüvə imkanları çox güclüdür.

Kim Çen In nüvə silahlarının istənilən an istifadəyə hazır olduğunu vurğulayaraq ABŞ-yə açıq mesaj göndərib. O deyib:

"Nüvə düyməsi hər zaman masamın üstündədir. ABŞ-nin bütün əraziləri nüvə hücumumuzun mənzili daxilindədir".

Şimali Koreya lideri iddia edib ki, ölkəsi ABŞ-dəki hədəflərə əvvəlcədən xəbərdarlıq etmədən zərbə endirə biləcək imkanlara malikdir. 

Kim Çen In əlavə edib ki, düşmənləri "bitməyən qorxu hissi yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31