Pezeşkiandan qonşu ölkələrə ultimatum: “Cavab verəcəyik!”
11:40 Dünya"İran qonşu dövlətlərin hər hansı bir hücum cəhdinə cavab vermək məcburiyyətində qalacaq".
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Cavab o demək deyil ki, bu ölkə ilə mübahisəmiz var və ya onun xalqına zərər vermək istəyirik. Sadəcə lazım olduqda qarşılıq verəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, İran prezidenti daha əvvəl Fars körfəzi ölkələrinə endirilən zərbələrə görə üzr istəmişdi.
O, həmçinin qonşu ölkələrin İslam Respublikasına hücum etmədikləri təqdirdə onlara hücum etməyəcəyinə söz vermişdi.
"Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı Qüvvələrimiz müstəqil fəaliyyət göstərərək ölkənin şərəfini qoruyub", - o qeyd etmişdi.