Bu ölkə uşaqların sosial şəbəkələrdə qeydiyyatını qadağan edəcək

İndoneziya martın 28-dən etibarən 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsinə qadağa tətbiq etməyə başlayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Tempo portalı ölkənin Rabitə və Rəqəmsal Texnologiyalar naziri Mutiya Hafidə istinadən məlumat yayıb.

"Bu qərarla hökumət 16 yaşdan kiçik uşaqlara yüksək riskli rəqəmsal platformalara, o cümlədən sosial şəbəkələrə və mesajlaşma xidmətlərinə çıxışının təmin olunmasını dayandırır", - portal nazirin sözlərini sitat gətirir.

O vurğulayıb ki, bu addım uşaqları internetdəki təhlükələrdən, o cümlədən pornoqrafiyaya çıxışdan, kiberzorakılıqdan, dələduzluqdan və rəqəmsal asılılıqdan qorumaq məqsədi daşıyır. Yeni siyasət 28 mart 2026-cı ildə qüvvəyə minəcək.

İlkin mərhələdə YouTube, TikTok, X, Bigo Live, Roblox, həmçinin Facebook, Instagram və Threads kimi platformalarda 16 yaşdan kiçik uşaqlara məxsus hesablar mərhələli şəkildə deaktiv ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31