İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçirilməsi planlaşdırılır

İslandiya hökuməti 29 avqust 2026-cı ildə Avropa İttifaqına üzvlük üzrə danışıqların bərpası ilə bağlı referendum keçirilməsi barədə parlamentə təklif təqdim etmək qərarına gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat yayılıb.

"İslandiya hökuməti 29 avqust 2026-cı ildə Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpası məsələsi üzrə referendum keçirilməsi barədə təklifi Altinqə (İslandiyanın birpalatalı parlamenti -red) təqdim etmək qərarı qəbul edib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, İslandiya hələ 2009-cu ildə maliyyə böhranı zamanı Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi. 2013-cü ildə ölkə hökuməti iqtisadi vəziyyətin yaxşılaşması səbəbindən üzvlüklə bağlı danışıqları dayandırdı. 2015-ci ildə isə İslandiya hakimiyyəti ölkənin artıq Aİ-yə üzvlük namizədi kimi nəzərdən keçirilməməsini xahiş etdi. 2013-cü ildə danışıqlar dayandırılana qədər İslandiya birliyə inteqrasiya prosesinin 33 mərhələsindən 11-ni tamamlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31