Brüssel Zelenskinin Orbanla bağlı sərt bəyanatlarına reaksiya verdi- ÖZƏL
6 Mart 16:50 DünyaAvropa Komissiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbana qarşı səsləndirdiyi təhdidlərin qəbuledilməz olduğunu bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Olaf Gill brifinq zamanı bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı daxilində bu cür ritorika qəbul edilə bilməz və tərəflər arasında gərginliyin artması arzuolunan deyil.
Məlumata görə, martın 5-də Zelenski yenidən Orbanı tənqid edib və Macarıstanın Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq "hərbi kredit" paketinə mane olacağı təqdirdə, Ukrayna Silahlı Qüvvələrinin ona qarşı yönləndirilə biləcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31