Yunanıstan Bolqarıstanı İrandan qoruyacaq: Şimal sərhədinə "Patriot" və F-16-lar yerləşdirilir – ÖZƏL

Yunanıstan Yaxın Şərqdə gərginliyin artması fonunda qonşu Bolqarıstanın hava məkanını İranın mümkün raket hücumlarından qorumaq üçün hərbi dəstək nümayiş etdirəcək. 

Olaylar.az xəbər verir ki, "France 24" telekanalının məlumatına görə, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias bəyanat verib.
Nazir bildirib ki, rəsmi Afina ölkənin şimalında bir ədəd "Patriot" zenit-raket kompleksi batareyası və iki ədəd F-16 qırırıcısını döyüş hazırlığı vəziyyətinə gətirəcək.

Nikos Dendias qeyd edib ki, bu addım Bolqarıstan ərazisinin mühüm hissəsinin raket əleyhinə müdafiəsini təmin etmək məqsədi daşıyır: "Yunanıstan Bolqarıstana İrandan gələ biləcək təhdidlərə qarşı raket əleyhinə müdafiənin təşkilində mümkün olan bütün köməkliyi göstərəcək".

Müdafiə naziri konkret hansı təhdidlərin mövcudluğu barədə ətraflı məlumat verməsə də, bu qərarın regionda kəskinləşən müharibə fonunda preventiv xarakter daşıdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31