Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTO

 

İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zolağına da zərər dəyib.

Milli.Az xəbər verir ki, dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib.

Hadisə yerinə prokurorluq əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. 

  •  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31