Çin qlobal münasibətlərlə bağlı mövqeyini açıqladı
12:28 DünyaÇin hakimiyyəti hegemonluq və güc siyasətinə qarşı qəti mövqe tutaraq daha ədalətli beynəlxalq münasibətlərin formalaşmasını dəstəklədiyini bəyan edib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xalq Nümayəndələri Yığıncağının növbəti sessiyası çərçivəsində yayımlanan rəsmi sənəddə qeyd olunub.
Sənəddə bildirilir ki, Çin müstəqil və sülh yönümlü xarici siyasət kursuna sadiq qalmaq niyyətindədir. Eyni zamanda, qlobal tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, hegemonluq və güc siyasətinə qarşı çıxış edilməsi, beynəlxalq münasibətlərdə bərabərlik və ədalətin qorunması əsas prioritetlər kimi göstərilib.
Bundan başqa, rəsmi Pekin beynəlxalq qaydaların daha ədalətli və məntiqli əsaslarla inkişaf etdirilməsi istiqamətində də öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.