İran hərbi gəmisi vuruldu: Tehranın cavabı nə olacaq?

ABŞ-nin İran hərbi gəmisinə beynəlxalq sularda hücum etməsi ilə bağlı Tehran Vaşinqtona sərt reaksiya verib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ bu addımına görə "acı şəkildə peşman olacaq".Sfera.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, ABŞ İran sahillərindən təxminən 2 min mil uzaqlıqda yerləşən beynəlxalq sularda İran hərbi gəmisinə zərbə endirib.O əlavə edib: "Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan, təxminən 130 dənizçini daşıyan "Dena" freqatı beynəlxalq sularda xəbərdarlıq edilmədən vurulub".
Əraqçi bu hadisəni "dənizdə törədilmiş vəhşilik" kimi qiymətləndirərək ABŞ-nin bu addımla təhlükəli presedent yaratdığını və bunun nəticələrinə görə peşman olacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31