Gürcüstan ABŞ ilə münasibətlərdə "strateji səbir" nümayiş etdirir – ÖZƏL
10:30 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili ölkə nümayəndə heyətinin ABŞ-yə səfərini şərh edərkən rəsmi Tbilisinin mövqeyini açıqlayıb. O bildirib ki, Gürcüstan münasibətlərin bərpasını "nəyin bahasına olursa-olsun" deyil, yalnız qarşılıqlı hörmət və ədalət prinsipləri əsasında istəyir.
Maxaşvili qeyd edib ki, Gürcüstan tərəfi emosiyalara qapılmadan, münasibətlərin ədalətli təməllər üzərində qurulması üçün illərlə gözləməyə hazırdır.
Konqres və icraedici hakimiyyət nümayəndələri ilə keçiriləcək görüşlərdə əsas məqsəd tərəflər arasında məlumat mübadiləsi aparmaq və gələcək addımları planlaşdırmaqdır.
Tbilisi öz üzərinə düşən addımları atmağa davam edəcəyini, lakin Vaşinqtondan da analoji qarşılıqlı addımlar gözlədiyini vurğulayıb.
"Biz bu münasibətləri istənilən qiymətə bərpa etmək istəmirik, əks halda "reset" (yenidən yüklənmə) imkanı çoxdan yaranardı. Bizim gözləmək bacarığımız böyükdür." - Levan Maxaşvili