İranda daxili xaos: Təhlükəsizlik qüvvələri Xameneyinin ölümünə sevinən mülki şəxslərə atəş açdı

İranın bir neçə şəhərində Ali Rəhbər Ayətullah Əli Xameneyinin ölüm xəbərini bayram edən vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrin İran seqmentində yayılan kadrlarda güc strukturlarının nümayişçilərə birbaşa atəş açdığı görünür.

Məlumata görə, Tehranda, Məşhəddə və ölkənin kürdlər yaşayan bölgələrində insanlar küçələrə çıxaraq Xameneyinin ölümünü atəşfəşanlıq və rəqslərlə qarşılayıblar. Bu mənzərəyə sərt reaksiya verən polis və SEPAH-ın daxili təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və döyüş güllələrindən istifadə edib.

Ölənlərin və yaralananların olduğu bildirilsə də, internetin məhdudlaşdırılması səbəbindən dəqiq rəqəmləri əldə etmək çətinləşib. Yerli insan haqları fəalları hökuməti öz xalqına qarşı kütləvi zorakılıqda ittiham edirlər. Hakimiyyət isə bu hərəkətləri "xarici agentlərin təxribatı" kimi qiymətləndirərək nümayişçilərə qarşı güzəştsiz davranılacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31