İranda quru əməliyyatı ehtimalı çox yüksəkdir - ABŞ senatoru
09:45 DünyaABŞ senatoru Riçard Blumental (Demokrat) İrana qarşı hərbi əməliyyatda quru qüvvələrindən istifadə etmək ehtimalını yüksək hesab edir.
Musavat.com xəbər verir ki, o, martın 3-də Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə qapalı brifinqdən sonra jurnalistlərlə söhbəti zamanı bu barədə danışıb:
"Sadəcə demək istəyirəm ki, bu brifinqdən sonra qoşunları quruda yerləşdirməli ola biləcəyimizdən, administrasiyanın davam etdirdiyi məqsədlərə çatmaq üçün Amerika quru qoşunlarının iştirakının zəruri olacağından həmişəkindən daha çox narahatam".
O, administrasiyanın İrandakı əməliyyatın gedişatı barədə "təkcə Konqres üzvlərinə deyil, həm də Amerika xalqına" hesabat verməli olduğunu bildirib.