Kanslerdən Trampa İran xəbərdarlığı: Bu plan risklidir!
09:36 DünyaAlmaniya kansleri Fridrix Merts İrana qarşı hərbi hücumların ölkədə siyasi dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağından əmin deyil.
Axar.az xəbər verir ki, o, bu barədə Vaşinqtona səfəri zamanı jurnalistlərə deyib.
"ABŞ planının işə yarayıb-yaramayacağını, xaricdən hərbi hücumların ölkə daxilində siyasi dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağını hələ bilmirik. Bu plan risksiz deyil və biz də onun nəticələri ilə üzləşməli olacağıq. Buna görə də Donald Trampla söhbətim zamanı bir sıra sualların olduğunu dedim", - deyə kansler əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31