Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanın Hindukuş dağlarında 5.5 bal gücündə zəlzələ olub.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 108 min əhalisi olan Baqlan şəhərindən 111 km cənub-şərqdə, ocağı isə 87 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə hələlik açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31