Makron Ermənistana gedəcək

Fransa Prezidenti Emmanuel Makronun mayın 4-də Ermənistana ikigünlük səfəri planlaşdırılır. 

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Corkayeff bildirib. 

Səfər çərçivəsində Fransa liderinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi və İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31