“Vahid müxalifət formatı çıxış yolu deyil, alternativi fərqli yanaşmada görürük” ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanda "Güclü Gürcüstan - Lelo" partiyasının icra katibi Tazo Datunaşvili bildirib ki, mövcud siyasi şəraitdə birliklərin yaradılması və sənədlərin imzalanması prosesinə etibar etmirlər və bunu Bidzina İvanişvili rejiminə qarşı düzgün strategiya hesab etmirlər.

Onun sözlərinə görə, bu mövqe digər partiyalarla məsləhətləşmələri və müxalifətin rolu ilə bağlı müzakirələri istisna etmir. Datunaşvili vurğulayıb ki, Gürcüstan cəmiyyətinə real demokratik alternativ təqdim etmək üçün vahid və iri formatdan daha çox, müxtəlif və rəqabətli siyasi təklif daha məqsədəuyğundur.

O qeyd edib ki, cəmiyyətdə belə birlik proseslərinə kifayət qədər inam yoxdur və partiya bu cür təşəbbüslərin nəticəsinə də etibar etmir. Buna görə də "Lelo - Güclü Gürcüstan" mövcud mərhələdə öz fərqli mövqeyi və konkret partiya yanaşması ilə alternativ təqdim etməyi planlaşdırır.

Partiya daha əvvəl yaydığı bəyanatda da özünü müstəqil siyasi subyekt kimi mövqeləndirməyə davam edəcəyini bildirib. Sənəddə qeyd olunur ki, güclü müxalifət məcburi vahidlik deyil, rəqabətli müxtəliflik yolu ilə formalaşır. Bununla yanaşı, partiya ümummilli maraqlarla bağlı konkret məsələlər üzrə koordinasiya və əməkdaşlığa hazır olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31