Yaponiya Aerokosmik Özünümüdafiə Qüvvələri yaradır- ÖZƏL 

Sanae Takaiçi Yaponiyada müdafiə sistemində mühüm struktur dəyişikliyi ediləcəyini açıqlayıb. Olaylar.az xəbər verir ki, o, parlamentdə vəzifəyə başlama münasibətilə proqram xarakterli çıxışında bildirib ki, mövcud Japan Air Self-Defense Force (Yaponiya Hava Özünümüdafiə Qüvvələri) bundan sonra Aerokosmik Özünümüdafiə Qüvvələri kimi fəaliyyət göstərəcək.
Baş nazirin sözlərinə görə, yeni struktur çərçivəsində "Kosmik Əməliyyatlar Qrupu" yaradılacaq. Bu addım Yaponiyanın kosmos sahəsində müdafiə imkanlarını genişləndirməyə və milli təhlükəsizliyi gücləndirməyə xidmət edəcək.
Hökumət başçısı həmçinin vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin əsasını təşkil edən Özünümüdafiə Qüvvələrinin hərbçiləri üçün əməkhaqqı sisteminə yenidən baxılacaq, eləcə də xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində islahatlar aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31