İsveç Ukraynaya 1,4 milyard dollarlıq növbəti hərbi yardım paketini ayırıb
18:07 Dünyaİsveç hökuməti Ukraynaya 12,9 milyard kron (1,42 milyard dollar) həcmində yeni - sayca 21-ci hərbi yardım paketinin ayrılması barədə qərar qəbul edib. Vəsait hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsinə yönəldiləcək.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yönson mətbuat konfransında məlumat verib.
Məlumata görə, HHM-nin gücləndirilməsi zərurəti təxirəsalınmazdır. İsveç həm kəmiyyət, həm də keyfiyyət baxımından Ukraynaya ən böyük dəstək göstərən ölkələrdən biridir. Tədarük etdiyimiz İsveç istehsalı sistemlər döyüş meydanında özünü çox yaxşı göstərib.
Vəsait ilk növbədə hava zərbələrindən "limanları, yaşayış məntəqələrini, elektrik stansiyalarını və hərbi hissələri" qoruya bilən yeni qısa mənzilli HHM sisteminin alınmasına sərf olunacaq.