Portuqaliyada güclü zəlzələ olub
17:14 DünyaPortuqaliyada, paytaxt Lissabon yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Portuqaliyanın Dəniz və Atmosfer İnstitutu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 12:14-də (Bakı vaxtı ilə 16:14-də) qeydə alınıb. Zəlzələnin episentri Lissabondan 4 kilometr şimal-qərbdə yerləşən Alenker şəhəri olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31