Xamenei ABŞ-ın təhdidlərinə cavab verdi - ÖZƏL
19:58 Dünyaİranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci aviadaşıyıcı qrupunun tezliklə Yaxın Şərqə yola düşəcəyini bildirən təhdidlərinə cavab verib.
Bu barədə Olaylar onun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Xamenei qeyd edib ki, bəzən ən güclü orduya şillə vurulur və sonra ayağa qalxa bilmir.
"Onlar (ABŞ) daim İrana gəmi göndərmək barədə danışırlar. Əlbəttə ki, donanma təhlükəlidir, amma daha təhlükəlisi həmin gəmini dənizin dibinə batıra biləcək silahdır", - deyə Xamenei bildirib.
ABŞ İranla danışıqlardan əvvəl Yaxın Şərqdə qüvvələrini artırır.
Fevralın 17-si günortadan sonra Cenevrədə İran və ABŞ arasında danışıqlar baş tutdu.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran və ABŞ nümayəndə heyətləri Cenevrədə keçirilən görüşdə iqtisadi sanksiyaların ləğvi və nüvə proqramının parametrləri ilə bağlı ətraflı müzakirələrə başlayıblar.
İbrahim Məmmədli